ƏLİŞİR NƏVAİNİN “SİRACUL-MÜSLİMİN” ƏSƏRİNDƏ İSLAM EHKAMLARININ ESTETİK QAYƏ VƏ ŞƏRHİ

Authors

  • Almaz ÜLVİ BİNNATOVA Prof.Dr. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, Bakı

Keywords:

Əlişir Nəvai, “Sirac ul-müslümin”, Herat islam məktəbi, ilahiyyat, islam ehkamları

Abstract

“Sirac ul-muslimin” (“Mu­səl­­man­ların cırağı”) islamın Türküstan elində geniş yayıl­mağa başladığı dövrlərdə qələmə alınmışdır. Amma bütün ədəbiyyat - bilgilər ərəb, az qismi isə fars dilində idi. Nə­vainin məqsədi islam ehkamlarını – qanun-qayda­larını xalqıa öz dilində anlatmaq idi. Yəni, xalq islam əx­la­qına anlamadığı ərəb dilində başa düşməyərək itaət et­mək­dən­sə, öz dilində də bunları anlamasının gərəkli­yini çat­dır­maq idi. “Müsəlmanların çırağı”nı məhz bu nöqte­yi- nəzərdən araya-ərsəyə gətirməyi özünə borc bilmişdi. Əsə­rin ən böyük özəlliyi, yeniliyi, fəlsəfi – estetik qayəsi məhz bundan ibarətdir. Ömrünün son zamanlarında, özü­nün də yazdığı kimi zəif, halsız vücudu ilə, amma ruhu­nu Allaha – islam peyğəmbərinə təslim etmiş şair xalqı­na, millətinə, islam əhli sadə türk  insanlarına bu borcu­nu da ödəyə bilmişdi.

References

Навоий, Алишер. Тула асарлар туплами, 10 ж-лик, 10-ж. – Т.: 2011, 690 bet. (b. 595-612).

Kitab üs-salat: Namaz kitabi (hazırlayan: Həsən Yavaş) Tərcümə edəni: Ramil Xəlilov. - Bakı, Nurlar, 2010, 144 səh.

Seyhan, Tanju Oral. “Ali Şer Nevayi – Sirasü l-Müslimin 1” //“Modern Türklük Araşdır¬ma¬lar dərgisi, cild 2, sayı 4, aralıq 2005. – (s.88-120).

Ülvi, Almaz (Binnətova). Əlişir Nəvainin əsri və nəsri (elmi-filolojivə dini-təsəvvüfi əsərləri). Monoqrafiya. – Bakı, “Elm və həyat”, 2023, 680 səh.

Downloads

Published

2024-02-01

Issue

Section

Alisher Navoiy va zamonaviy o'zbek adabiyoti

How to Cite

ƏLİŞİR NƏVAİNİN “SİRACUL-MÜSLİMİN” ƏSƏRİNDƏ İSLAM EHKAMLARININ ESTETİK QAYƏ VƏ ŞƏRHİ. (2024). Konferensiyalar | Conferences, 1(5), 308-321. https://uzresearchers.com/index.php/Conferences/article/view/1976