KLASSİK ŞƏRQ UŞAQ ƏDƏBİYYATI
Keywords:
Əbdürrəhman Cami, Herat, təzkirə, uşaq ədəbiyyatı, “Baharıstan”, Azərbaycan klassikləri, NəvaiAbstract
Herat məktəbində yetişən dahi Əbdürrəhman Caminin təsəvvüf, fəlsəfi və ədəbi əsərləri 600 ilə yaxındır ki, dərin ideya-fəlsəfi məzmunu ilə öz aktuallığını qoruyub saxlayır. Dünya elm-ədəbiyyat xəzinəsində Əbdürrəhman Cami imzalı əsərlər həm də tarixilik və etibarlı mənbə baxımından Şərq ədəbiyyatının nadir nüsxələrindəndir. Herat təzkirəçilik məktəbinə aid edilən “Baharıstan” əsərini nəzm və nəsrlə – qarışıq şəkildə farsca yazmışdır və əxlaqi-fəlsəfi məzmuna malikdir. Bu tədqiqatda “Baharıstan” təzkirəsinin bütöv mənzərəsi qısaldılmış şəkildə cızılmış, xüsusən indiyədək Azərbaycan oxucusuna məlum edilməyən 7-ci rövzəsi, eyni zamanda həmin hissədə Azərbaycan klassikləri və Əlişir Nəvai haqqında olan qeydləri ilk dəfə təqdim edilir. “Baharıstan”ın “Dübaçə”sində müəllif yazır: “Oğlum (Ziyaəddin Yusif) ərəbcə oxumağa başladı, bu vaxta qədər eşitmədiyi sözləri öyrənmək məcburiyyətində qaldı, darıxacağını anladım, zehnini dincəltmək, könlünü əyləndirmək üçün ara-sıra ona Sədi Şirazinin “Gülüstan”ından oxumağa başladım. “Gülüstan”dan bir neçə sətir oxuyandan sonra ürəyimə gəldi ki, Şeyx Sədinin mübarək və zərif şeirlərini təqlid edərək, “Gülüstan” üslubunda bir neçə yarpaq o tərzdə yazıb, hazırlar üçün bir dastan, qaiblər üçün bir hədiyyə olsun” dedim və yazdım bitirdim”. Beləliklə, qeyd edə bilərik ki, “Baharıstan” əsəri, eyni zamanda, klassik uşaq ədəbiyyatının ən gözəl, ürəyəyatımlı və nadir nümunələrindən biridir.
References
Araslı, Həmid. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. – Bakı, Gənclik, 1998.
Navoiy, Alisher. Tula asarlar tuplami, 10 jildlik, IX jild. – Toşkent, Ğ.Ğulom nom. naşriyet. uyi, 2011.
Cami, Əbdurrəhman. Baharistan (Farscadan tərc. ed: Muallim Kilisli Rıfat Bilge Meral Yayinevi. – İstanbul, 1970.
Cami, Əbdurrəhman. Baharıstan (Fars. tərc., muqəddimə və qeydlər Rəhim Sultanov, red.Ə. Mubariz). – Bakı, 2004.
Gəncəvi, Nizami. Lirika. Qəzəllər (tərcümələr X.Rzanın, tərtib edəni və redaktoru N.Cəfərov). – Bakı, 2012.
Nağıyeva, Cənnət. Azərbaycanda Cami : əlyazmalar əsasında. – Bakı : Elm, 2007.
Nağıyeva, Cənnət. Azərbaycanda Nəvai. – Bakı: “Tural – Ə” NPM, 2001.
Təbrizi, Əssar. Mehr və müştəri // 0123-Mehr ve mushteri-essar tebrizi(258d)(1.885KB)
Ulviy, Olmos. O’zbek adabiyoti va Ozarbayjon (tadqiqotlar, adabiy portretlar) // so’zboshi mualliflari: prof.dr. Qozoqboy Yo’ldoshev, doç.dr. Sirdaryoxon O’tanova. – Toshkent, 2016. 180 bet.
Ülvi, Almaz. Özbək ədəbiyyatı (ədəbi portret cizgiləri, araşdırmalar, müsahibələr) // elmi redaktoru və ön söz müəllifi akademik İsa Həbibbəyli. – Bakı, “Elm və təhsil”, 2016.
Ülvi, Almaz. Azərbaycan - özbək (cığatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər). – Bakı, “Qartal”, 2008, 328 səh.